Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Blogerin düşdüyü yol qəzasında ölən şəxsin kimliyi məlum oldu

Blogerin düşdüyü yol qəzasında ölən şəxsin kimliyi məlum oldu

Tarix: 15 Avqust 2023 09:40

Nikosayağı kimi tanınan bloger Nicat Şakirlinin düşdüyü qəza zamanı ölən şəxsin adı açıqlanıb.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, qəza nəticəsində ölən şəxsin 37 yaşlı Ruslan Məmmədov olduğu müəyyənləşib.

Məlumata görə, qəza nəticəsində onun artıq həkiməqədər ölümü qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Blogerin düşdüyü yol qəzasında ölən şəxsin kimliyi məlum oldu


RƏYLƏR