Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Atatürk''lə bağlı açıqlaması izləyiciləri qəzəbləndirdi

''Atatürk''lə bağlı açıqlaması izləyiciləri qəzəbləndirdi

Tarix: 16 Avqust 2023 17:10

Xəbər verdiyimiz kimi,  "Disney+" "Atatürk" filimini yayımlamamaq qərarı alıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, buna münasibət bildirmək üçün sual ünvanlananlardan biri də türkiyəli aktrisa Hilal Altınbilek olub. O, "Bu mövzulara girməyim. Çox da başa düşmədim. Heç bu barədə danışmayım" deyə, söyləyib.

Hilalın bu açıqlaması sosial media izləyicilərinin qəzəbinə səbəb olub. Onun ünvanına "Bütün məşhurlar eyni şeyi deyir", "Hansı sənətçilərin adını yad etməməli olduğumuzu öyrəndik. Onlardan biri də Hilaldır", "Disney+"la müqavilə bağlayınca mən", "Atatürk sevginizə nə oldu?", "Disney+ hamının Atatürk maskasını düşürtdü" kimi şərhlər yazılıb.

Türkiyəli müğənni Demet Akalın da Hilalın bu açıqlamasına sərt münasibət bildirənlər arasında yer alıb. O, sosial media üzərində aktrisanın sözlərinə "Vallah biz də anlamırıq. Bayraq vətən, ata namus, bu qədər" deyə, şərh yazıb.

Milli.Az


Etiketlər:  Atatürklə bağlı açıqlaması izləyiciləri qəzəbləndirdi


RƏYLƏR