Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Tarix: 16 Avqust 2023 18:45

Avqustun 16-sı saat 17:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Birəli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Milli.Az


Etiketlər:  Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ