Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Düşmən fortifikasiya qurğuları quraşdırmağa cəhd göstərib - Sülhməramlıların yerləşdiyi ərazidə

Düşmən fortifikasiya qurğuları quraşdırmağa cəhd göstərib - Sülhməramlıların yerləşdiyi ərazidə

Tarix: 17 Avqust 2023 13:12

Avqustun 17-si saat 11:55 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında kənd təsərrüfatı işləri adı altında atəş dəstəyi ilə uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb və bu işlərə atəş dəstəyi verən qanunsuz erməni silahlı birləşmələrinin mövqeləri susdurulub.

Milli.Az


Etiketlər:  Düşmən fortifikasiya qurğuları quraşdırmağa cəhd göstərib Sülhməramlıların yerləşdiyi ərazidə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ