Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli zəlzələ strategiyası dövlət siyasətimizə çevrilib - Türkiyənin nəqliyyat naziri

Milli zəlzələ strategiyası dövlət siyasətimizə çevrilib - Türkiyənin nəqliyyat naziri

Tarix: 17 Avqust 2023 18:04

Milli zəlzələ strategiyası və fəaliyyət planı bizim dövlət siyasətimizə çevrilib.

Sonxeber.net-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

"Türkiyənin terror, müdafiə sənayesi, yerlilik və milliyyət, enerji və nəqliyyat infrastrukturu kimi problemlərini müvəffəqiyyətlə həll etmişik. Marmaray, Avrasiya tuneli, İstanbul hava limanı, Yavuz Sultan Səlim, Osmanqazi, 1915 Çanaqqala körpüsü, İzmir-İstanbul, Ankara-Niğde və Mərmərə avtomobil yolları kimi nəhəng layihələri bir-birinin ardınca həyata keçirdik.

2003-cü ildən əvvəl 6 min 100 kilometr olan bölünmüş avtomobil yolunun uzunluğunu 29 min kilometrdən çox artırmışıq, 1 714 kilometr olan magistral yol şəbəkəsini isə 3 min 633 kilometrə çatdırmışıq", - o qeyd edib.

"Dəmir yolu şəbəkəmizi 10 min 959 kilometrdən təqribən 14 min kilometrə çatdırdıq ki, bunun da 2 min 250 kilometri yüksək sürətli qatar xətləridir. Bakı-Tbilisi-Qars dəmiryol xəttini açmaqla Asiyadan Avropaya fasiləsiz dəmir yolu əlaqəsini təmin etdik. Daxili reyslərin sayını 26-dan 57-yə, beynəlxalq reyslərin sayını 342-yə çatdırdıq. Limanlarımızın sayını 149-dan 217-yə, gəmiqayırma zavodlarının sayını isə 37-dən 84-ə qaldırdıq",- deyə Abdulkadir Uraloğlu əlavə edib.

Nazir vurğulayıb ki, 1999-cu il 17 avqustunda baş vermiş, 20 min insanın həyatını itirdiyi Mərmərə zəlzələsinin ağrıları hələ də hiss edilir.

"Təəssüf ki, 2023-cü il fevralın 6-da 11 əyalətdə böyük dağıntılara səbəb olan iki böyük zəlzələ ilə dünyada görünməmiş bir fəlakət yaşadıq. Hökumət olaraq zəlzələnin ilk günündən bölgədəyik və işlərimizi davam etdiririk. Nazirlik olaraq bütün nəqliyyat növlərimizi və kommunikasiya infrastrukturlarımızı daha güclü və dayanıqlı qururuq, mövcud olanları təkmilləşdiririk. Milli zəlzələ strategiyası və fəaliyyət planı bizim dövlət siyasətimizə çevrilib", - deyə Uraloğlu bildirib.


Etiketlər:  Milli zəlzələ strategiyası dövlət siyasətimizə çevrilib Türkiyənin nəqliyyat naziri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ