Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2023 18:12
Geosiyasi əhəmiyyəti və iqtisadi potensialı sayəsində Türkiyə əvəzolunmaz müttəfiqdir.
Sonxeber.net-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu fikirlər ABŞ-ın "Foreign Affairs" jurnalında qeyd edilib.
Məlumata əsasən, məqalədə Türkiyənin Qara dəniz Taxıl Dəhlizi Müqaviləsində rolu vurğulanıb və ABŞ-nin qlobal strateji məqsədlərinə çatmasının yeganə yolunun Ankara ilə sıx əməkdaşlıq olduğu bildirilib.
"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sıradan bir lider deyil və hakimiyyətdə olduğu 20 il ərzində ölkədə əsaslı dəyişiklik yaradıb", - deyə məqalədə qeyd edilib.