Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İzləyicisi Aynişanı əsəbiləşdirdi: "Kişisən, yoxsa qadın?" - FOTO

İzləyicisi Aynişanı əsəbiləşdirdi:

Tarix: 18 Avqust 2023 16:45

Əməkdar artist Aybəniz Haşımovanın bloqer qızı Aynişan Quliyeva əsəbiləşib. 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, buna səbəb "TikTok"da izləyicisinin bloqerə yazdığı "42 yaşım var, səndən cavan görsənirəm" şərhi olub. 

Həmin şərhi "screen" edib səhifəsində paylaşan Aynişan sərt şəkildə reaksiya verib: 

"TikTok"a gələn şərhlər ürəyimi açır. Niyə məndən daha cavan görsənmə istəyi var? Niyə narahatsınız? Cavan görsən, ürəyin nə istəyir et. Mən nə edim? Bu məlumat mənim nəyimə lazımdır? Məndən cavan və ya yaşlı görsənsən, həyatında nə dəyişəcək?

Özün də kişi adı ilə oturmusan sosial şəbəkədə. Bilmirəm, kişisən ya qadın. Bəlkə mən də kiməsə yazım? Bəlkə doğrudan nəsə baş verir, xəbərim yoxdur? Məsləhət verin... Hər hansısa məşhura yazmaq istəyirəm ki, səndən cavan görsənirəm. Yazının sonunda da anlamsız gülmək istəyirəm, çoxlu-çoxlu". 

Milli.Az


Etiketlər:  İzləyicisi Aynişanı əsəbiləşdirdi Kişisən yoxsa qadın FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ