Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2019 19:36
"Arsenal"ın futbolçusu Məsut Özil karyerasını ABŞ-da davam etdirə bilər.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, MLS-dən iki klub türkəsilli alman yarımmüdafiəçi ilə maraqlandır. Bunlardan biri Devid Bekhemin sahibi olduğu “İnter Mayami”dir. Artıq klubun 31 yaşlı oyunçu ilə danışıqlara başladığı bildirilib.
M.Özili transfer etmək istəyən digər klubun isə "Di Si Yunayted" olduğu vurğulanıb.
Qeyd edək ki, "Arsenal"ın heyətdə görmək istəmədiyi Özilin qışda klubdan ayrılacağı gözlənilir.