Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur aparıcı vəfat etdi

Məşhur aparıcı vəfat etdi

Tarix: 18 Avqust 2023 19:00

Məşhur britaniyalı teleaparıcı Maykl Parkinson vəfat edib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, karyerası ərzində 2000-dən çox insandan müsahibə alan aparıcı qısa çəkən xəstəlikdən sonra ötən gecə ailəsinin yanında dünyasını dəyişib.

Qeyd edək ki, jurnalist 1971-1982-ci və 1998-2007-ci illərdə BBC-nin "Parkinson" tok-şousunu, eləcə də həm Böyük Britaniyada, həm də xaricdə bir çox digər televiziya proqramlarının aparıcı olub.

Sözügedən proqramın ilk qonağı mərhum caz ifaçısı Marion Montqomeri olub. Sonralar Maykl studiyasında yüzlərlə dünya şöhrətli məşhurları qonaq qismində qəbul edib. Onlar arasında mərhum boksçu Məhəmməd Əli, müğənnilər Elton Con və Madonna, aktrisa Helen Mirren və başqaları yer alıb.

Aparıcı 2013-cü ildə prostat vəzi xərçənginə görə kimyaterapiya aldığını, iki il sonra isə xəstəlikdən sağaldığını açıqlamışdı.

Maykl 2000-ci ildə "Parkinson" televiziya verilişinə verdiyi töhfəyə görə ordenlə mükafatlandırılıb. 2008-ci ildə ona "Sir" titulundan istifadə etmək imkanı üçün Cəngavər Bakalavr dərəcəsi verilib.


Etiketlər:  Məşhur aparıcı vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ