Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

MDB ''İnsana mesaj” kinofestivalının kuratoru ÖLÜ TAPILDI - FOTO

MDB ''İnsana mesaj” kinofestivalının kuratoru ÖLÜ TAPILDI - FOTO

Tarix: 18 Avqust 2023 22:46

Təxminən bir ay əvvəl izsiz yoxa çıxan "İnsana mesaj" illik kinofestivalının kuratoru Aleksey Medvedyev ölü tapılıb.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə məlumat axtarış qrupunun "Lisa Alert" saytında yerləşdirilib.

"Ölü tapıldı. Ailəsinə və dostlarına başsağlığı veririk", - deyə axtarış qrupunun saytında deyilir.

Medvedevin ölümünün təfərrüatları açıqlanmır. Axtarış sistemləri yalnız meyitin Moskva vilayətində tapıldığını qeyd edib.

Mərhumun yaxınları hələlik bu məlumatı şərh etməyiblər.

Qeyd olunur ki, Medvedev bu il iyulun 21-də yoxa çıxıb. Həmin tarixdən onun harada olduğu məlum deyil.


Etiketlər:  İnsana mesaj kinofestivalının kuratoru ÖLÜ TAPILDI FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ