Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Soçi yaxınlığında ABŞ-yə məxsus PUA görüntüləndi - FOTO

Soçi yaxınlığında ABŞ-yə məxsus PUA görüntüləndi - FOTO

Tarix: 19 Avqust 2023 10:16

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "RQ-4 Global Hawk" pilotsuz uçuş aparatı (PUA) Qara dəniz üzərində görüntülənib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bunu "Flightradar" xidmətinin məlumatları sübut edir.

Mənbənin məlumatına görə, "FORTE10" çağırış nişanlı pilotsuz uçuş aparatı Siciliya adasında yerləşən NATO-nun Siqonella hərbi dəniz bazasından havaya qalxıb. Aparat Rusiyanın Krasnodar diyarının və Ukrayna Krımının sahilləri boyunca 15-16 km yüksəklikdə orta hesabla 980 km/saat sürətlə hərəkət edir.

Məlumata görə, dron Rusiyanın Soçi şəhərinə təxminən 100 km məsafədə yaxınlaşıb.
Qeyd edək ki, "RQ-4 Global Hawk" ABŞ-nin strateji kəşfiyyat PUA-sıdır. 18 km hündürlükdə uça bilir və 12 300 dəniz milindən (təxminən 23 000 km - red.) çox uçuş məsafəsinə malikdir.


Etiketlər:  Soçi yaxınlığında ABŞ məxsus görüntüləndi FOTO


RƏYLƏR