Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2023 14:55
Aparıcı Xoşqədəm Hidayətqızı gənc qızlara səslənib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, o, qızları erkən nikahdan qaçmağa çağırıb.
"Əziz gənclər, balarımız sizi təhsilli olmağa, pis vərdişlərdən uzaq durmağa çağırıram. Adət-ənənələrimiz, milli dəyərlərimizi unutmayın. Dünyaya açılmaq lazımdır. Dünyada olan yaxşı şeyləri götürmək lazımdır. Amma narkotik, siqaret, içkidən, etik qaydalardan kənar şeylərdən uzaq durun. Gənc qızlarımız, erkən nikahlardan uzaq olun. Valideynləriniz sizi erkən nikaha çəkəndə getməyin, etiraz edin. Təhsilə yönəlin. Bütün yaşda evlənmək olar. Amma təhsilli deyilsənsə, ayaqların üstündə dura, hüquqlarını bilmirsənsə, əziləcəksən" deyə, aparıcı bildirib.