Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2023 17:32
Dünyada dizel yanacağı ilə bağlı ciddi qıtlıq yaşanır.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, hazırkı ehtiyatların qış aylarında iqtisadiyyatın tələbatını ödəməyəcəyi bildirilir. Təchizatla bağlı yaşanacaq hər hansı problem və ya dizel yanacağına tələbin gözlənilməz artımı enerji məhsulunun qiymətini kəskin artıra bilər. Neft emalı zavodlarının istehsalı azaltması da vəziyyəti bir qədər çətinləşdirib.
İqtisadçı ekspert Xalid Kərimli deyir ki, mövcud vəziyyətdə Azərbaycanda dizelin qiymətinin bahalaşcağı inandırıcı görünmür.
Onun sözlərinə görə, istehsalatda və yükdaşımada mühüm rol oynayan bu yanacağın qiyməti dövlət tərəfindən tənzimlənir.
Ekspert bildirib ki, ölkədə kifayət qədər dizel yanacağının istehsal olunması da qiymətləri sabit saxlamağa kömək edə bilər.
Qeyd edək ki, hazırda ölkədə dizel yancağının bir litri 80 qəpiyə satılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: