Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hollivud ulduzunun TAXMA BURNU QALMAQALA SƏBƏB OLDU - FOTO

Hollivud ulduzunun TAXMA BURNU QALMAQALA SƏBƏB OLDU - FOTO

Tarix: 23 Avqust 2023 07:00

Məşhur aktyor Bredli Kuperin yeni çəkilən filmi "Maestro" müzakirələr yaradıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, ssenariyə əsasən aktyor ekran işində yəhudi əsilli dirijor Leonard Bernstayn canlandırmalı olub. Bu zaman Kuper ona bənzəsin deyə qrimlə taxma burun düzəldilib.

Lakin aktyorun bu görünüşü yəhudilərin narazılığına səbəb olub. Belə ki, onlar Kuperi belə qrimləməyin gülməli olduğunu bildirərək ekran işinin çəkiliş heyətinə etiraz ediblər.

Onlar bu obraza əsl yəhudinin çəkilə biləcəyini bildiriblər. Məsələyə Leonard Bernstaynın ailəsi də münasibət bildirib. Onlar filmə və baş rolu canlandıran aktyora heç bir iradları olmadığını açıqlayıblar.

Milli.Az


Etiketlər:  Hollivud ulduzunun TAXMA BURNU QALMAQALA SƏBƏB OLDU FOTO


RƏYLƏR