Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranın daha 11 “Shahed” PUA-sı məhv edildi

İranın daha 11 “Shahed” PUA-sı məhv edildi

Tarix: 23 Avqust 2023 12:46

Ukrayna bu gecə Rusiyanın 11 ədəd "Shahed" PUA-sını məhv edib.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə "RBC-Ukraina" Hərbi Hava Qüvvələrinə istinadən xəbər verir.

Məlumata görə, Rusiya İran istehsallı 20 ədəd "Shahed-136/131" tipli pilotsuz uçuş aparatları ilə bütün ölkə boyu hücumlar edib. Onlardan doqquzu - Odessa vilayətində, ikisi isə Zaporojye vilayətində vurulub.

Qeyd edək ki, səhərə yaxın Rusiyanın paytaxtı Moskva yenidən PUA-ların hücumuna məruz qalıb. Moskva meri Sergey Sobyanin rəsmi teleqram kanalında yazıb ki, Moskva vilayətinin Mojaysk rayonunda pilotsuz uçuş aparatı hava hücumundan müdafiə vasitəsi ilə vurulub, daha bir PUA isə Moskva-Siti ərazisində tikilməkdə olan binaya düşüb.


Etiketlər:  İranın daha Shahed məhv edildi


RƏYLƏR