Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2023 15:10
Çonqar və Geniçeskdəki körpülərinə güclü zərbələrdən sonra ruslar Krımda öz logistikaları üçün yalnız bir uzun marşruta bel bağlamaq məcburiyyətində qalıblar.
Sonxeber.net Axar.az-a istinadən bildirir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.
Bildirilib ki, indi ruslar Ukraynanın cənubunun Krımla sərhədində ponton keçidləri inşa edir:
"Avqustun ortalarında Ukraynanın Çonqar və Geniçesk körpülərinə endirdiyi ağır zərbələrdən sonra, çətin ki, bu infrastruktur Rusiyanın ağır texnika və sursatlarının böyük yükünə tab gətirə bilsin. Krımda dar yerlər yaranıb. Bu o deməkdir ki, Rusiya Armyanskdan keçən uzun yola arxalanır. Bu da Rusiyanın cənubdakı logistika şəbəkəsinə əlavə çətinliklər yaradır".