Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2023 23:05
Tacir Şahmalıoğlu keçmiş duet ortağı Fədayə Laçınla aralarında olan münasibətindən danışıb.
Sonxeber.net Yenisabah.az-a istinadən xəbər verir ki, ifaçı bu haqda Space telekanalında yayımlanan "Xoş gəldim" proqramına danışıb.
O, F.Laçınla vaxtilə aralarında yaxın münasibətləri olduğunu deyib:
"Mən həmişə Fədayənin ad günlərində, hər hansı məclisində mütləq iştirak etmişəm, edə bilməsəm belə zəng vurub gözaydınlığı vermişəm. Çünki Fədayə yaxşı qızdır. O ki, qaldı bir yerdə olmaq söhbətinə, istər-istəməz bir yerdə olursan çünki həmkarsan. Elə olurdu ki, mən onu çağırırdım, gecə deyirdim ki, studiyadayam, gəl, filan hissəni oxumalısan, yaxud məşqlər Fədayə xanımın evində olurdu.
Bəzi düşüncəsiz insanlar var ki, bunu pis tərəfə yozur. Aramızda ər-arvad münasibəti olmayıb. Yaxın münasibətimizin olmağı o demək deyil ki, hökmən ər-arvad münasibəti yaşamalıyıq".
Şahmalıoğlu həyat yoldaşının qısqanclıqlarından da danışıb:
"Mənim həyat yoldaşım qısqanc olub. İndi belə deyil, o, çox ağıllı qadındır. Artıq püxtələşib, hər şeyi başa düşür. Mən hər zaman ailəmin başında olmuşam, ailəmi, balalarımı hər şeydən üstün tutmuşam. Cavan vaxtı bir az qısqanclıqlar olub. Dünya dağılsa, mən ailəmi atmaram. Mənim həyat yoldaşım həm bibim nəvəsidir, həm də həyatda dostumdur".
Həmin görüntüləri təqdim edirik: