Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2023 14:48
"Rossotrudniçestvo"nun Ermənistandakı filialının keçmiş rəhbəri, diplomat Viktor Krivopuskovun adı bu ölkəyə girişi qadağan edilmiş arzuolunmaz şəxslər siyahısına əlavə edilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Erməniləri İttifaqı məlumat yayıb.
Məlumatda bildirilir ki, Rusiya Ermənistanla Dostluq və Əməkdaşlıq Cəmiyyətinin rəhbərinə İrəvanın "Zvartnots" hava limanında sərhədi keçməyə icazə verilməyib.
Krivopuskov 2009-2013-cü illərdə "Rossotrudniçestvo"nun Ermənistandakı nümayəndəliyinə rəhbərlik edib, eyni zamanda Rusiyanın Ermənistandakı səfirliyinin müşaviri olub.
Xatırladaq ki, bundan əvvəl Dövlət Dumasının deputatı Konstantin Zatulin, RT və "Sputnik"in baş redaktoru Marqarita Simonyan, eləcə də media meneceri Aram Qabrelyanovun Ermənistana girişi qadağan edilib.