Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2023 16:24
Bu gün səhər saatlarından etibarən Krımda Rusiya təhlükəsizlik qüvvələri Krım tatarlarının evlərində axtarışlara başlayıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov deyib.
"Səhər saat 4-dən etibarən ruslar Baxçasaray şəhəri və Baxçasaray rayonunda Krım tatarlarının evlərində axrarışlara başlayıblar", - Çubarv bildirib.
Onun sözlərinə görə, axtarışlar Ruslan Asanov, Seydamət Mustafayev, Rəmzi Nemətullayev, Əbdülməcid Seytumerov, Ametxan Umerov və Eldar Yaqubovun evlərində aparılıb.
Çubarovun fikrincə, bu axtarşlar avqustun 23-də Kiyevdə keçirilən Krım Platformasının üçüncü sammitinə görə Krım tatarlarından qisas almaq üçün aparılır.