Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2023 19:55
Adını River Red olaraq dəyişdirən müğənni Britni Spirs həyat yoldaşı Sem Asqari ilə boşanmasını elan etsə də, onun Los-Ancelesdə yaşadığı lüks mənzilinin kirayə haqqını özü ödəyir.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu barədə TMZ məlumat yayıb.
Kirayəsi ayda 10 min dollar olan mənzilin ödənişini etmək təklifi isə Britni Spirsin özündən gəlib.
Askeri boşandıqdan sonra arvadından pul tələb edə bilməyəcək. Belə ki, nikah müqaviləsinə əsasən, o, Britni ilə evli olduğu hər iki il üçün 1 milyon dollar tələb edə bilər. Cütlük isə cəmi 14 aydır evlidir.
Müğənninin aktivləri ümumilikdə təxminən 60 milyon dollar qiymətləndirilir və Askeri onlara iddia edə bilməz. Onun Britninin mahnılarına və Sauzend-Ouksdakı 11,8 milyon dollarlıq evinə də heç bir hüququ yoxdur.