Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bananın qabığını atmayın

Bananın qabığını atmayın

Tarix: 25 Avqust 2023 22:33

Bananın təkcə meyvəsi yox, zibilliyə atdığımız qabığı da orqanizm üçün xeyirlidir.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, C vitamini, minerallar, maqneziumla zəngin olan banan qabığı min bir dərdin dərmanı hesab edilir. 

Banan qabığını necə istifadə etmək olar?
 

Tərkibindəki K, B, C vitaminləri dəri problemlərini aradan qaldırır. 

Tez-tez üzə banan qabığı sürtsəniz, dəridəki qara nöqtələrin yox olduğunu görəcəksiniz. Dəridəki səpkilər isə tamamilə quruyacaq. 

Banan qabığını əzib dəriyə sürtsəniz, ləkələri ağardacaq. 

Saralmış dişlərin ağardılmasında da istifadə edə bilərsiniz. 

Həşərat dişləyən yerə sürtsəniz, qaşınma və qızarma olmayacaq. 

Gözaltı şişkinlikləri və qaralmanı asanlıqla aparmağa qadirdir. Qabığı 30 dəqiqə gözaltında saxlayın və sonra yuyun. 

Başınız ağrıyan zaman banan qabığı ilə alın hissəsini ovuşdurun.

Əgər dabanlarınız çatlayırsa, banan qabığı qoyub, bir neçə dəqiqə saxlayın. 

Üzdəki qırışları açmaq üçün üstünə hər gün banan qabığı çəkməyiniz yetərlidir.


Etiketlər:  Bananın qabığını atmayın


RƏYLƏR