Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şahzadə həyat yoldaşından ayrıldı

Şahzadə həyat yoldaşından ayrıldı

Tarix: 27 Avqust 2023 21:30

Monako şahzadəsi II Albert və onun həyat yoldaşı şahzadə Şarlin haqqında daha bir iddia ortaya atılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ilk olaraq şahzadənin rəsmi instaqram hesabı bağlanıb. Sosial şəbəkədə tez-tez 8 yaşlı əkizləri - Şahzadə Jak və Şahzadə Qabriellanın fotoşəkillərini paylaşan Şarlin son vaxtlar heç bir görüntü yayımlamırdı.

Fransa və alman mediası onun saraydan ayrıldığını və indi ərinə yalnız təyinatla baş çəkdiyini yazıb. Bildirilib ki, şahzadə yay tətilindən sonra evinə qayıtmayıb. Uşaqları və əri İsveçrədə yaşamağa başlayıb.

Xatırladaq ki, şahzadə vətəni Cənubi Afrikada bir neçə ay qaldıqdan sonra həyat yoldaşı ilə bir araya gəlməyib. Onun infeksiyaya yoluxduğu və uzun müddət müalicə aldığı deyilib.

Milli.Az


Etiketlər:  Şahzadə həyat yoldaşından ayrıldı


RƏYLƏR