Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2023 14:50
Türkiyə Avropanın dördüncü ən böyük təbii qaz ixracatçısıdır.
Sonxeber.net-ın TurkicWorld-ə istinadən məlumatına görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.
"Avropa Rusiya qazına alternativ tapmağa çalışır. Bu baxımdan, Türkiyə həm Avropanın təbii qaz tədarükü üçün, həm də dünya neft bazarında mühüm rola malikdir. Türkiyə boğazlarından gündə təxminən 2 milyon barel neft keçir", - deyə o, əlavə edib.
A.Bayraktar onu da bildirib ki, Ceyhan və İraq-Türkiyə neft kəmərindən orta hesabla, ümumilikdə, 3-3,5 milyon barel neft ehtiyatı daşınır.