Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mahir Emreli: “Almaniya Bundesliqasından mənimlə maraqlanan klub olub”

Mahir Emreli: “Almaniya Bundesliqasından mənimlə maraqlanan klub olub”

Tarix: 28 Avqust 2023 22:40

"Almaniya Bundesliqasından mənimlə maraqlanan klub olub. Agentin dediyinə görə, həmin komanda "Bohum" idi".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu  Azərbaycan millisinin və Xorvatiyanın "Dinamo" klubunun futbolçusu Mahir Emreli deyib.

26 yaşlı hücumçu 2021-ci ildə "Qarabağ"dan ayrılaraq Polşa klubu "Legiya"ya keçdiyi zaman başqa təkliflərinin olduğunu da etiraf edib: "Rəsmi olaraq Portuqaliyadan iki klub istəyirdi. "Famalikan", "Riu Ave" məni transfer etmək niyyətində olub. Belçika komandalarından "Mexelen" və "Aud-Heverle" məni istəyiblər. Bunlar rəsmi təklif göndərənlər idi, bəzi yalan məlumatlar da çıxmışdı. Danışdığım komandalar bunlar idi. Sonda "Legiya"da qərarımı tutdum".

Milli.Az


Etiketlər:  Mahir Emreli Almaniya Bundesliqasından mənimlə maraqlanan klub olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ