Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2023 15:00
Qara dəniz üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) vurulub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirlik qeyd edib ki, Kiyev Rusiyaya məxsus obyeyktlərə PUA ilə hücuma cəhd edib və hava hücumundan müdafiə (HHM) qüvvələri tərəfindən Qara dəniz üzərində məhv edilib.
Xatırladaq ki, dünən Rusiya MN Kiyev tərəfindən Rusiyaya məxsus obyektlərə zərbə endirmək cəhdi barədə xəbərdarlıq edib və HHM qüvvələri Krım sahillərində Ukraynaya məxsus qanadlı raketi zərərsizləşdirib.