Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2023 15:36
FİFA İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubialesə yeni sanksiya tətbiq etmək üzrədir.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, qurum Rubialesi 15 il ərzində istənilən futbol fəaliyyətindən uzaqlaşdırmaq istəyir. Bu barədə "Daily Mail" məlumat yayıb.
Bildirilir ki, bu, funksionerə ispaniyalı futbolçu Cennifer Hermosonun öpüşü ilə bağlı vəziyyətdə verilə biləcək maksimum cəza müddətidir.
FİFA intizam araşdırmasına başladıqdan sonra Rubialesi 90 gün müddətinə futbolla bağlı fəaliyyətindən kənarlaşdırıb.
İspaniya Futbol Federasiyasının üzvləri onun istefasını tələb etsələr də, Rubiales buna əməl etmir.