Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə və İraq İnkişaf Yolu Layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

Türkiyə və İraq İnkişaf Yolu Layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

Tarix: 29 Avqust 2023 17:10

Türkiyə və İraq İnkişaf Yolu Layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə görüşündən sonra öz rəsmi sosial media hesabında bildirib.

Ö.Bolat onu da vurğulayıb ki, Türkiyə şirkətləri İraqın inkişafına töhfə verəcək bütün layihələrdə, xüsusilə də tikinti sahəsində fəal rol oynamağa hazırdır.

"Görüş çərçivəsində şirkətlərimiz də əməkdaşlıq istəklərini baş nazir Sudaniyə şəxsən çatdırmaq imkanı əldə etdi. Baş nazirə şirkətlərimizə göstərdiyi etimada və ticarət əlaqələrimizin gücləndirilməsinə verdiyi dəstəyə görə təşəkkür edirik", - deyə o əlavə edib.

Qeyd edək ki, İnkişaf Yolu Layihəsi çərçivəsində Türkiyə ilə İraq arasında uzunluğu 1200 km olan avtomobil və dəmir yolu nəqliyyat dəhlizi yaradılacaq.

İraqı bu layihə ilə Türkiyə üzərindən dünyaya açılmağa sövq edən əsas amil zəngin neft və təbii qaz ehtiyatlarına malik olan İraqın körfəzdə dərin su limanı tikəcək sərhədlərinin olmamasıdır. Bu da ehtiyatların daşınmasında və satışında ciddi çətinliklərə səbəb olur.

Xatırladaq ki, İraqın baş naziri Məhəmməd əl-Sudani bu ilin may ayının sonunda Asiyanı Avropa ilə birləşdirəcək nəhəng nəqliyyat və infrastruktur layihəsi ilə bağlı açıqlama verib.

Milli.Az


Etiketlər:  Türkiyə İraq İnkişaf Yolu Layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır


RƏYLƏR