Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Erməni əsgərlər acından ölür – “Bizə həftədə yarım sosiska verirlər”

Erməni əsgərlər acından ölür – “Bizə həftədə yarım sosiska verirlər”

Tarix: 30 Avqust 2023 14:10

Bizə həftədə yarım sosiska verirlər

Milli.Az xəbər verir ki,  bunu "Hraparak"a reportajda adının açıqlanmasını istəməyən erməni hərbçi söyləyib. O bildirib ki, ərzaq problemi yaşayırlar.

"Hər yerdə ərzaq problemi var. Bizə həftə ərzində yeməyə yarım kiloqramdan da az sosiska verirlər. Hələ üstəlik deyirlər ki, bunu 11 nəfər arasında bölün. Acından ölürük. Sizin dolanın görüm yarım sosiska ilə necə dolanırsınız" deyə o söyləyib.

"Konservləşdirilmiş yeməklərdə də vəziyyət eynidir. Yeməyimiz ətsiz konserva və çürümüş sıyıqdan ibarətdir" , - söyləyən zabit müraciətlərə də baxan olmadığını bildirib.

"Adamı yandıran odur ki, müraciətlərə də baxan yoxdur" deyə zabit əlavə edib.

Həmçinin, qəzet əməkdaşları bu vəziyyətlə bağlı Ermənistan Müdafiə Nazirliyinə müraciət etsələr də, onların sorğusuna məhəl qoyan olmayıb.

Milli.Az


Etiketlər:  Erməni əsgərlər acından ölür Bizə həftədə yarım sosiska verirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ