Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Devrilmiş prezident malyariyaya yoluxdu

Devrilmiş prezident malyariyaya yoluxdu

Tarix: 1 Sentyabr 2023 22:46

Devrilmiş Niger lideri Məhəmməd Bazum öz evində həbsdə olarkən ailəvi şəkildə malyariyaya yoluxub.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə ölkənin sabiq xarici işlər naziri məlumat verib. Diplomat qeyd edib ki, siyasətçinin vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir. Onun sözlərinə görə, Bazum, oğlu və həyat yoldaşı ağır şəraitdə saxlanılır. Sabiq nazirin qeyd etdiyi kimi, Nigerin keçmiş prezidentinin evində hazırda ölkədə temperaturun 40 dərəcəni keçdiyini nəzərə alsaq, elektrik enerjisi və onların ərzaq saxlamaq üçün soyuducusu yoxdur.

Sabiq nazir bildirib ki, keçmiş dövlət başçısının evində çoxlu ağcaqanad var və onun ailəsi yatmaqda çətinlik çəkir. O əlavə edib ki, onların hamısı ağcaqanadlara görə malyariyaya yoluxub. Lakin eyni zamanda, siyasətçi əhval-ruhiyyəni yaxşı saxlamağa çalışır, müqavimət göstərməkdə və mübarizə aparmaqda davam edir.

Milli.Az


Etiketlər:  Devrilmiş prezident malyariyaya yoluxdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ