Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ölümcül xəstə olan məşhur müğənninin bacısı danışdı: ''Edə biləcəyimiz çox az şey var''

Ölümcül xəstə olan məşhur müğənninin bacısı danışdı: ''Edə biləcəyimiz çox az şey var''

Tarix: 2 Sentyabr 2023 08:40

Dünyaca məşhur müğənni Selin Dionun bacısı onun səhhətindən danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "HELLO" jurnalına müsahibə verən Klaudet ölümcül xəstə olan bacısının sağalmaq üçün əlindən gələni etdiyini bildirib:

"O, sağalmaq üçün hər şeyi edir. Güclü qadındır. Haqqında az bildiyimiz xəstəlikdir. Nəzarət edilə bilməyən spazmlar var. İnsanların gecələr tez-tez ayaq və ya baldır kramplarına görə oyanır, təxminən belədir, lakin bütün bədən əzələlərində. Ona dəstək olmağa, ağrısını yüngülləşdirməyə edə biləcəyimiz çox az şey var".

Qeyd edək ki, Celin Diona sağalmaz nevroloji xəstəlik diaqnozu qoyulub: əzələ sərtliyi sindromu. Bu diaqnoz milyonda bir adamda rast gəlinir. 

Milli.Az


Etiketlər:  Ölümcül xəstə olan məşhur müğənninin bacısı danışdı Edə biləcəyimiz çox şey


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ