Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Həyatdakı ən böyük itkilərimdən oldu''

''Həyatdakı ən böyük itkilərimdən oldu''

Tarix: 2 Sentyabr 2023 19:05

Rəqqasə Fatimə Fətəliyeva ötən gün dünyasını dəyişən Əməkdar artist, rəqqasə Aliyə Ramazanova ilə bağlı paylaşım edib. 

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi A.Ramazanovanın onun rəqs müəllimi olduğunu bildirib:

"Niyə həyat belədir, yaxşılar bu həyatdan vaxtsız köçür. Uşaqlığım, gəncliyim, mənə rəqs dilini, rəqsin nə olduğunu öyrədən, əsl müəllimə adını daşıyan özəl varlıq. Bu həyatdakı ən böyük itkilərimdən oldu. Mənə həyat dərsini öyrədən insan, qazandığım çörəyi, məşhurluğu borclu idim sizə. Çox sarsıldım".

Qeyd edək ki, Aliyə Ramazanova 1982-ci ildə Azərbaycan SSR əməkdar artisti adına layiq görülüb. O, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti idi.


Etiketlər:  Həyatdakı böyük itkilərimdən oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ