Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

900 minlik avtomobilini hədiyyə verən azərbaycanlı bloqer özünə “Gelandewagen” aldı - FOTO

900 minlik avtomobilini hədiyyə verən azərbaycanlı bloqer özünə “Gelandewagen” aldı - FOTO

Tarix: 3 Sentyabr 2023 02:00

Xəbər verdiyimiz kimi, Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı videobloqer və iş adamı Hüseyn Həsənov dəyəri 900 min manat qırmızı rəngli lüks "Cullinan - Rolls-Royce" markalı avtomobilini mentorluq üçün müəllimi Ayaz Şabutdinova hədiyyə edib. Hüseynin bu addımı isə onu sevməyən "heyter"lərin ürəyincə olub.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bloqer onu gözdən salmağa çalışan izləyicilərinə sosial şəbəkə hesabı vasitəsi ilə səslənərək yeni aldığı lüks avtomobili ilə "dağ çəkib". Hüseyn yaşıl rəngdə dəbdəbəli "Mercedes-Benz G-Klasse" markalı nəqliyyat vasitəsinə sahibləndiyini açıqlayıb.

Şəxsi qarajını bəzəyən avtomobillərin önündə fotolar çəkdirən Həsənov şəkilləri 26,8 milyonluq "Instagram" səhifəsində paylaşaraq "Mənim qızlarım. Buna inanmaq çətindir, amma bu, şəxsi qarajımla olan ilk postumdur. Yeni "4x4 yaşıl "hulk"", ailəyə xoş gəlmisən" sözlərini yazıb.

Milli.Az


Etiketlər:  900 minlik avtomobilini hədiyyə verən azərbaycanlı bloqer özünə Gelandewagen aldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ