Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Liverpul” ardıcıl üçüncü dəfə qələbə qazandı

“Liverpul” ardıcıl üçüncü dəfə qələbə qazandı

Tarix: 3 Sentyabr 2023 20:56

İngiltərə Premyer Liqasının 4-cü turunda "Liverpul" evdə "Aston Villa"nı qəbul edib.

Milli.Az report-a istinadən xəbər verir ki, qarşılaşma "Enfild"də baş tutub.

"Liverpul"un üstünlüyü ilə keçən oyunda hesab erkən açılıb. 3-cü dəqiqədə "Liverpul"un yeni səkkiz nömrəsi macarıstanlı Dominik Soboslai Premyer Liqada ilk qoluna imza atıb. 19 dəqiqə sonra keçən turun qəhrəmanı Darvin Nunyesin ötürməsindən top "Aston Villa"nın müdafiəçisi Metyu Keşə dəyərək qapıya daxil olub. Beləliklə, ilk hissə "qırmızılar"ın böyük üstünlüyü ilə başa çatıb.

İkinci hissədə də ümumi mənzərə dəyişməyib. 55-ci dəqiqədə Mersisayd təmsilçisinin misirli hücumçusu Məhəmməd Salah fərqlənib. Ona məhsuldar ötürməni Darvin Nunyes edib.

Bu qol oyundakı yekun hesabı müəyyənləşdirib - 3:0.

Qeyd edək ki, 4 oyundan sonra "Liverpul" Premyer Liqada 3-cü pillədə qərarlaşıb. Növbəti tur "Liverpul" səfərdə "Vulverhempton"la qarşılaşacaq. Birmingem təmsilçisi olan "Aston Villa" isə 11-ci pillədə qərarlaşıb və növbəti tur Londonun "Kristal Pelas"ı ilə üz-üzə gələcəklər.

Milli.Az


Etiketlər:  Liverpul ardıcıl üçüncü dəfə qələbə qazandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ