Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2023 23:20
Prezident Vladimir Zelenski Aleksey Reznikovun Ukraynanın müdafiə naziri vəzifəsindən azad edilməsini təsdiqləyib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə RBC-Ukrayna dövlət başçısının videomüraciətinə istinadən məlumat yayıb.
Prezidentin sözlərinə görə, nazirliyə Rüstəm Umerov rəhbərlik edəcək.
"Ukrayna Ali Şurası bu şəxsi yaxşı tanıyır və cənab Umerovun əlavə təqdimata ehtiyacı yoxdur. Mən parlamentin bu namizədliyi dəstəkləyəcəyini gözləyirəm" - Zelenski vurğulayıb.