Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əhaliyə bu günlə bağlı XƏBƏRDARLIQ - Saat 10:00-dan...

Əhaliyə bu günlə bağlı XƏBƏRDARLIQ - Saat 10:00-dan...

Tarix: 4 Sentyabr 2023 09:38

Bu gün Qaradağ və Binəqədi rayonlarının bir hissəsində qaz təchizatı dayandırılacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən bildirilib.

Belə ki, sentyabrın 4-ü saat 10:00-dan Qaradağ rayonu, Sahil qəsəbəsində qaz xəttinin kipliyə sınaq olunması, həmçinin "Tbilisi prospekti" ölçü qovşağından qidalanan "Motodrom" əhali qaz kəməri üzərində və Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində istismara yararsız siyirtmənin yenisi ilə əvəz olunması məqsədilə qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri aparılan zaman Qaradağ rayonu, Sahil qəsəbəsinin tam olaraq və Binəqədi rayonu, Motodrom ərazisinin, eləcə də Biləcəri qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az


Etiketlər:  Əhaliyə günlə bağlı XƏBƏRDARLIQ Saat 1000


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ