Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Strateji Dialoqun ilk iclası çox məhsuldar keçdi - Ceyhun Bayramov

Strateji Dialoqun ilk iclası çox məhsuldar keçdi - Ceyhun Bayramov

Tarix: 4 Sentyabr 2023 17:24

Macarıstanın Xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşməkdən məmnunam

Sonxeber.net xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "X" (Twitter) hesabında qeyd edib

Azərbaycanla Macarıstan arasında Strateji Dialoqun ilk iclasını çox məhsuldar keçirdik və çoxşaxəli əməkdaşlığımızın daha da dərinləşdirilməsinə dair hərtərəfli müzakirələr apardıq - deyə nazir əlavə edib.

Xatırladaq ki, Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfərə gedib.

Səfər çərçivəsində Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclasının, C.Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Nazir səfər çərçivəsində Macarıstanın diplomatik nümayəndəliklərinin rəhbərlərinin konfransında da çıxış edəcək.


Etiketlər:  Strateji Dialoqun iclası çox məhsuldar keçdi Ceyhun Bayramov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ