Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2023 13:48
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Soçidə işgüzar nahar zamanı nə yedikləri məlum olub.
Sonxeber.net bildirir ki, "Kreml pulu" teleqram kanalı liderlərin nahar menyusunda təqdim olunan yemək və içkilər barədə paylaşım edib.
Belə ki, liderlərin nahar menyusunda hisə verilmiş forel balığı ilə xiyarlı və avakadolu salat, tomat soslu qırmızı kefal balığı, mal ətli xarço supu, göbələk soslu tərəvəzli kefal balığı və qrildə quzu qabırğası olub. Desert kimi isə Putin və Ərdoğana "quş südü" (ptiçye moloko) təqdim olunub.