Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıxanov Mall-da “CinemaPlus” kinoteatrı açıldı

Bakıxanov Mall-da “CinemaPlus” kinoteatrı açıldı

Tarix: 5 Sentyabr 2023 16:39

Əziz kinosevərlərə şad xəbərimiz var!

Bakı, 05 sentyabr:  "Bakıxanov Mall" Ticarət Mərkəzində yeni "CinemaPlus" kinoteatrı fəaliyyətə başlayıb və dünya standartlarına cavab verən 3D texnologiyası ilə təchiz olunmuş 2 zaldan ibarətdir.

Ünvan: Yavər Əliyev 70A küçəsi.

"CinemaPlus" şəbəkəsinə 11 kinoteatr, 52+ ekran və 5200+ oturacaq daxildir.

Yüksək ölçülü 3D-kontentini nümayiş etdirmək imkanı olan rəqəmsal proyeksiya sistemi və yüksək keyfiyyətli kinoekranlar ilə təchiz olunub. Həmçinin, gücləndirilmiş parlaqlıq və "Enhanced 4K Barco" dəqiq təsvirinə malikdir. Bütün bunlar və başqa amillər kinofilmləri ən yaxşı keyfiyyətdə nümayiş etdirmək imkanı yaradır.

"CinemaPlus" kinoteatrlar şəbəkəsinin tətbiq etdiyi "Platinum Movie Suites" konsepsiyası tamaşaçılara yüksək komfortlu, dəbdəbəli və dəridən hazırlanmış, söykənəcəyi tam arxaya açılan italyan və ispan kreslolarda film izləmək və kinoseans zamanı qida və içkiləri sifariş etmək imkanı yaradır.

Həmçinin kinoteatrda, zalların yuxarı pillələrində yerləşən, 6 nəfərdən 12 nəfərə kimi oturacaqları olan 6 şüşəli mini Skybox zalları var. Tamaşaçılar fərdi işıqlandırma və gadjetlərin şarj cihazı ilə təchiz olunmuş rahat oturacaqlarda film izləməkdən zövq ala biləcəklər. Hər bir Skybox zalına giriş lift ilə mümkündür.


Etiketlər:  Bakıxanov Mall CinemaPlus kinoteatrı açıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ