Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Puqaçovanın son görüntüsü yenidən müzakirələrə səbəb oldu - FOTO

Puqaçovanın son görüntüsü yenidən müzakirələrə səbəb oldu - FOTO

Tarix: 6 Sentyabr 2023 01:35

Rusiyalı müğənni Alla Puqaçovanın son görüntüsü pərəstişkarlarının narahatlığına səbəb olub. Kadrlar Latviyada məşhur ifaçının əri Maksim Qalkinlə birlikdə jurnalistlərə müsahibəsi zamanı çəkilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, proqramın formatına uyğun olaraq, çəkilişlər filtrsiz aparılıb. Fotoda müğənninin minimal makiyaj etdiyi görünür.

Puqaçovanın gözlərinin altındakı torbalar və qançırlar, həmçinin qeyri-təbii oturuşu və halsızlığı sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb və çoxsaylı müzakirəyə səbəb olub.

Xatırladaq ki, iyulun sonunda Puqaçovanın halının kəskin pisləşdiyi barədə xəbərlər yayılıb. Bildirilib ki, ifaçı halsızlıqdan yataqdan qalxa bilmir. Bu səbəbdən Puqaçovanın böyük qızı Kristina Orbakayte əri və qızı ilə Avropa tətilini yarımçıq qoyaraq Yurmalaya, anasının yanına qayıdıb.

Milli.Az


Etiketlər:  Puqaçovanın görüntüsü yenidən müzakirələrə səbəb oldu FOTO


RƏYLƏR