Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2023 12:14
Sərhədlərin təhlükəsizliyini təmin edərkən bölgənin tarazlığını qoruyan siyasət yürüdürük. İnanırıq ki, ən doğru, sağlam və davamlı həll yolu Kərkük şəhəri başda olmaqla, bölgənin, xüsusən də şəhərin demoqrafik reallıqlarına diqqət yetirən bir inzibati strukturun qurulmasıdır.
Sonxeber.net Axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Suriyada ABŞ-ı dəfələrlə separatçı terror təşkilatı ilə əməkdaşlıq etməməsi, bu cür davranmağa davam edərsə, gələcəkdə həm öz maraqlarına, həm də bölgəyə ziyan vuracağı ilə bağlı xəbərdar etdik. Əslində son dövrlərdə baş verənlər narahatlıq və xəbərdarlıqlarımızın haqlı olduğunu açıq şəkildə göstərir. Rejimin həll yolu yox, problemin bir parçası olmaqda inad etməsi bölgədəki problemləri daha da dərinləşdirir. Türkiyə olaraq Suriyanın ərazi bütövlüyünün, etnik və məzhəb quruluşu da daxil olmaqla, demoqrafik reallıqlara əsaslanan qalıcı həlli üçün çalışmaları davam etdirmək əzmindəyik. Amerika, Rusiya, İran və Suriya rejimi də daxil olmaqla, regiondakı qruplara təsiri olan bütün tərəfləri bu istiqamətdə səy göstərməyə dəvət edirik", - Ərdoğan bildirib.