Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2023 16:26
PKK terroru bir gün tamamilə aradan qalxacaq.
Sonxeber.net-ın TurkicWorld-ə istinadən məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə ortaq mətbuat konfransında çıxışı zamanı deyib.
H.Fidan vurğulayıb ki, Amerikanın dəstəklədiyi PKK kimi terror təşkilatlarının bölgədəki ərəb qəbilələri sıxışdırmasına son qoyulmalıdır.
Qeyd edək ki, Avropa Birliyi 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.