Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BDU-nun “Gənc istedadlar” liseyi “Nəsimi ili” ilə bağlı sərgi təşkil edib (FOTO)

BDU-nun “Gənc istedadlar” liseyi “Nəsimi ili” ilə bağlı sərgi təşkil edib (FOTO)

Tarix: 29 Oktyabr 2019 23:20

Bakı. Trend:

Bakı Dövlət Universiteti nəzdində “Gənc istedadlar” liseyi görkəmli Azərbaycan şairi, xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində xüsusi rol oynamış İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə “Dünya bir palitradır, biz də onun rəngləri” adlı yaradıcılıq sərgisi keçirib.

Universitetdən Trend-ə verilən məlumata görə, Xətai Sənət Mərkəzində baş tutan sərgidə liseyin 5, 6 və 7-ci sinif şagirdlərinin yağlı boya ilə kətan üzərinə iş, pastel sulu boya, taxta üzərində yandırma tikmə kimi texnikalardan istifadə edilməklə hazırladığı 40 rəsm əsəri nümayiş etdirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri “Gənc istedadlar” liseyinin direktoru Arif Bağırov açaraq Prezident İlham Əliyevin 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamına əsasən keçirilən çoxsaylı tədbirlərdən danışıb. “Gənc istedadlar” liseyi olaraq “Nəsimi ili”nə öz töhfəmizi şagirdlərimizin əl işləri ilə təqdim etmək qərarına gəldik, deyən direktor, sərgini həm də şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişafı baxımından səmərəli hesab edib.

Daha sonra millət vəkilləri Jalə Əliyeva, Fazil Mustafa, Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun əməkdaşı Emin Hacıyev Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan edilməsini dövlətimizin ədəbiyyata, mədəniyyətə verdiyi yüksək dəyərin növbəti parlaq nümunəsi kimi qiymətləndirərək, dahi söz ustadı İmadəddin Nəsimi ilə bağlı təşkil edilən sərginin işinə uğurlar arzulayıblar.

Sonra sərgiyə baxış keçirilib və hər biri 3 nəfər olmaqla 9 nəfər şagirdin əl işi 1, 2 və 3-cü yerlərə layiq görülüb. Sərgidə lisey şagirdlərinin təqdimatında Nəsiminin şeir və qəzəlləri səsləndirilib, səhnəciklər göstərilib, mahnılar və rəsqlər ifa edilib. Qeyd edək ki, sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə baş tutub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

BDU-nun “Gənc istedadlar” liseyi “Nəsimi ili” ilə bağlı sərgi təşkil edib (FOTO) BDU-nun “Gənc istedadlar” liseyi “Nəsimi ili” ilə bağlı sərgi təşkil edib (FOTO) BDU-nun “Gənc istedadlar” liseyi “Nəsimi ili” ilə bağlı sərgi təşkil edib (FOTO) BDU-nun “Gənc istedadlar” liseyi “Nəsimi ili” ilə bağlı sərgi təşkil edib (FOTO) BDU-nun “Gənc istedadlar” liseyi “Nəsimi ili” ilə bağlı sərgi təşkil edib (FOTO) BDU-nun “Gənc istedadlar” liseyi “Nəsimi ili” ilə bağlı sərgi təşkil edib (FOTO)


Etiketlər:  Gənc istedadlar liseyi Nəsimi ilə bağlı sərgi təşkil edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ