Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şahramanyan ''seçilsə'', qan töküləcək - Petrosyan

Şahramanyan ''seçilsə'', qan töküləcək - Petrosyan

Tarix: 7 Sentyabr 2023 14:33

Samvel Şahramanyan yaxşı oğlandır, amma problem ondadır ki, o, Saakyanın, Qukasyanın və Arutunyanın namizədidir. Əminəm ki, onu da 15-20 gündən sonra qovacaqlar.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Qarabağ separatçılarının nümayəndəsi Tiqran Petrosyan deyib.

Onun sözlərinə görə, Şahramanyanın "seçilməsindən" sonra qan töküləcək:

"Qarabağdakı "hökumət" legitim deyil. Onları heç kim ciddi qəbul etmir. Xalqın onlara inamı sıfırdır. Ən məntiqli namizəd Masis Mailyandır. Əgər başqa şəxs "seçilsə", Qarabağda qan töküləcək. Əmin edirəm ki, bu, vətəndaş müharibəsinə gətirib çıxaracaq".

Petrosyan bildirib ki, daxili siyasi oyunlar səbəbindən Laçın dəhlizinin açılması şansları da itirilib:

"Çox yaxında Əliyev onlara ultimatum verəcək. Əgər əməl etməsələr müharibə başlayacaq. Çünki daxili siyasi oyunlar səbəbindən Laçın dəhlizinin açılması şansını əldən vermişik. Xalqı hədələyirlər ki, vətəndaş itaətsizliyi olmasa, türklər girəcək. 25 il hər kəsi aldadıblar, kim nə deyirdisə, cavab verirdilər ki, "Türkün dəyirmanına su tökürsən". İndi bunu ona görə edirlər ki, xalq namizədə qarşı çıxmağa çalışmasın".


Etiketlər:  Şahramanyan seçilsə töküləcək Petrosyan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ