Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çempionlar Liqası: Azərbaycan təmsilçisi 1/8 finalda

Çempionlar Liqası: Azərbaycan təmsilçisi 1/8 finalda

Tarix: 7 Sentyabr 2023 21:26

Minifutbol üzrə "Birbaşa Bakı" komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında üçüncü oyununa çıxıb.

Milli.Az xəbər verir ki, rəqib Albaniyanın "Prestij" kollektivi olub.

Qarşılaşma Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib.

Komanda daha əvvəl Moldovanın "Volta" klubuna 4:1, Yunanıstan çempionu "Maqufana"ya 3:1 hesabı ilə qalib gəlib.

Beləliklə, xallarının sayını 9-a çatdıran "Birbaşa Bakı" qrup lideri kimi 1/8 finala vəsiqə qazanıb. Bu raundun görüşləri sabah olacaq.

Milli.Az


Etiketlər:  Çempionlar Liqası Azərbaycan təmsilçisi 18 finalda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ