Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2000 metr məsafəyə qaçışda yeni dünya rekordu

2000 metr məsafəyə qaçışda yeni dünya rekordu

Tarix: 9 Sentyabr 2023 00:14

Belçikada keçirilən qaçış üzrə Brilyant Liqasında yeni dünya rekordu müəyyənləşib.

Milli.Az APA-ya istinadən bildirir ki, 22 yaşlı norveçli atlet Yakob İnqebrigtsen 2000 metr məsafəyə qaçışda yeni dünya rekorduna imza atıb.

İngebrigtsen bu məsafəni 4 dəqiqə 43,13 saniyəyə qət edib.

O, 1500 metr məsafəyə qaçışda Olimpiya çempionu və 5000 metr məsafəyə qaçışda ikiqat dünya çempionudur.

Həmçinin atlet dördqat Avropa çempionudur.

Bundan əvvəlki dünya rekordu 1999-cu ildə 4 dəqiqə 44,79 saniyə ilə mərakeşli atlet Hişam əl Qerruja məxsus olub.

Milli.Az


Etiketlər:  2000 metr məsafəyə qaçışda yeni dünya rekordu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ