Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2023 06:10
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "Çiçək" ləqəbi ilə məşhurlaşan teleradio aparıcısı Şəhla Vakkasın lüks çantasının qiymətini üzə çıxarıb.
Sonxeber.net bizim.media-ya istinadən bildriir ki, məkanların birində aparıcı ilə bir araya gələn musiqiçi Şəhlanın "Louis Vuitton" markasının yapon yazarı Yayoi Kusama ilə yaratdığı kolleksiyasından olan çantasının 3450 dollar (təxminən 5885 manat) olduğunu bildirib.
Çantanın qiymətini isə Məmmədoğlu "Google" internet resursundan üzə çıxarıb.
Həmin anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən Hüseyn videoda "Sənin çantan mənim klarnet alətimdən bahadır. Təsəvvür elə bu çanta ilə toy çalırsan" sözlərini dilə gətirib.