Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2019 09:30
Bakı. Samir Əli - Trend:
Bakıda bir ailə dəm qazından zəhərlənib.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, bu gün saat 05:22-də Xəzər rayonu, Mərdəkan qəsəbəsində bir ailənin 4 üzvünün dəm qazından zəhərlənməsi barədə Təcili Tibbi Yardım Stansiyasına məlumat daxil olub. Dərhal Mərdəkan qəsəbəsi, İsgəndərov küçəsi, 48 ünvanına həkim briqadası göndərilib. Bir ailənin 4 üzvü - ata 35 yaş, ana 32 yaş, övladları, 7 yaşlı qız və 5 yaşlı oğlan dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər.
Ailə üzvlərinə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyətləri yaxşı olduğu üçün evə buraxılıblar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin