Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2023 11:18
Tavriya istiqamətində Ukrayna Müdafiə Qüvvələri üç yüzdən çox Rusiya hərbçisini və çox sayda texnikanı məhv edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Tavriya" əməliyyat-strateji qoşun qrupunun komandanı Aleksandr Tarnavski bildirib.
O qeyd edib ki, son 24 saat ərzində Rusiya ordusu Ukrayna Müdafiə Qüvvələrinin mövqelərinə 17 dəfə hücum edib, 4 raket və 18 hava zərbəsi endirib.
"Son 24 saat ərzində düşmənin itkiləri 321 nəfər (bərpa olunmayan - 81, yaralı - 233, əsir götürülən - 7) təşkil edib. Düşmənin 40 hərbi texnikası məhv edilib", - deyə Tarnavski bildirib.
O, əlavə edib ki, düşmənin 8 silah-sursat anbarı və 2 komanda məntəqəsi də məhv edilib.