Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniya millisinə baş məşqçi namizədləri - Zidan və başqaları...

Almaniya millisinə baş məşqçi namizədləri - Zidan və başqaları...

Tarix: 10 Sentyabr 2023 20:12

Ötən gün Almaniya millisi Yaponiyaya 1:4 hesabı ilə darmadağın olub.

Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, bu nəticə artıq işdən qovulmaq ərəfəsində olan Hans Flikin baş məşqçi postundakı mövqeyini ciddi şəkildə sarsıdıb. 

"Bild"in məlumatına görə, Almaniya Futbol Assosiasiyası artıq namizədlərin geniş siyahısını hazırlayıb.

Namizədlər arasında alman futbolunda kifayət qədər tanınan məşqçilər, məsələn: Yurgen Klopp, Yurgen Klinsmann, Oliver Qlassner və Julian Naqelsmann, bundan başqa Matias Zommer, Rudi Föller, Lottar Mattaus və Miroslav Kloze var. Siyahıda iki gözlənilməz namizəd də var. Söhbət Zinəddin Zidan və Lui van Qaldan gedir.

Qeyd edək ki, iki gün sonra, sentyabrın 12-də Almaniya Fransa ilə qarşılaşacaq.


Etiketlər:  Almaniya millisinə baş məşqçi namizədləri Zidan başqaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ