Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nazirin yolunu kəsib, soydular - Biri silahlı olub

Nazirin yolunu kəsib, soydular - Biri silahlı olub

Tarix: 11 Sentyabr 2023 09:02

Silahlı cinayətkarlar Çilinin xarici işlər naziri Albert van Klavereni soymağa cəhd ediblər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "24 Horas" telekanalı məlumat yayıb.

Hadisə gecə vaxtı, xarici işlər naziri sürücü və polisin müşayiəti ilə evə qayıdan zaman baş verib. Yolda iki nəfər avtomobildən düşüb. Onlardan biri silahlı olub və naziri müşayiət edənləri hədələyib.

Xarici işlər naziri ilə avtomobildə gedən polis zabiti atəş açıb, bundan sonra hücum edənlər qaçıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları iki cinayətkarı saxlamağa nail olublar. Onlardan biri yaralanıb. Polisin məlumatına görə, saxlanılan hər iki şəxs əvvəllər də cinayət məsuliyyətinə cəlb edilib.

Milli.Az


Etiketlər:  Nazirin yolunu kəsib soydular Biri silahlı olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ